Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Berlin Q Gallery” incəsənət mərkəzində Mirzə Şəfi Vazehin əsərlərinin toplandığı kitabın təqdimatı olub

04.11.2019 [11:57]

Məhşur “Berlin Q Gallery” incəsənət mərkəzində “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsi əsasında dərc olunan, Mirzə Şəfi Vazehin bütün əsərlərinin toplandığı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “Xalq Əmanəti” layihəsinin rəhbəri, jurnalist Rafiq Həşimov 2010-cu ildən bu layihənin həyata keçirildiyini bildirib. Qeyd edib ki, layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyır.