Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Kitabxanada “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının təqdimatı olub

05.11.2019 [18:19]

Xəbərin mətni

Noyabrın 5-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva - 80” adlı elektron məlumat bazasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində hökumət və dövlət üzvləri, habelə tanınmış elm adamları iştirak ediblər.