MƏDƏNİYYƏT


Yeni ili xaricdə keçirmək istəyənlər hansı ölkələrə üz tutur?

Yeni il ərəfəsində Azərbaycan vətəndaşları Türkiyə, Rusiya və Avropa ölkələrinə daha çox üz tuturlar. Həmçinin qış ayları soyuq keçən ölkələr də səyahət etmək istəyənlərin diqqət mərkəzindədir. Tarix yaxınlaşdıqda biletlərin sayı məhdudlaşır və təbii olaraq qiymət artımı baş verir. Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, Yeni il bayramını xaricdə keçirmək istəyənlər biletlərini bir-neçə ay öncədən almalıdır.