Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pambıq qəbulu məntəqələrinə bu günədək 271 min tona yaxın məhsul təhvil verilib

06.11.2019 [21:55]

Noyabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 270 min 993 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz çoxdur. Keçən il noyabrın 6-dək 201 min 212 ton pambıq tədarük olunmuşdu.

BÖLMƏNİN DİGƏR VİDEOLARI