İQTİSADİYYAT


Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub

Uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 482-ci kilometrdən ayrılan və 11.5 kilometr uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kilometrdən ayrılan və 4.5 kilometr uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.