Azərbaycan Dövlət İnformasiya Agentliyi

UEFA Avropa Liqası: APOEL - “Qarabağ” oyunu başa çatıb

08.11.2019 [01:46]

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində keçirilən APOEL - “Qarabağ” oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, təhlükəli hücumlarla bol olan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın yeganə qolunu 10-cu dəqiqədə Maksim Medvedev vurub.