CƏMİYYƏT


Fermerdən 20 ton kartof məhsulu alındı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Qusar rayon sakini, fermer Vüqar Hüseynovdan 20 ton kartof məhsulu tədarük edib.
Ödənişi “Fermer kartı” vasitəsi ilə alan təsərrüfat sahibi “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığını AZƏRTAC-a belə şərh edib: “Məhsulun satışı üçün “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinə müraciət etdim. Sağ olsunlar ki, müraciətimə diqqət etdilər. Artıq bir maşın kartof tədarük ediblər, bu isə ikinci maşındır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır