İQTİSADİYYAT


Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıb

ABŞ-ın Oklahoma ştatında keçirilən Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Gədəbəy şəhəri ilə Oklahoma ştatının Stilluater (Stillwater) şəhəri arasında qardaşlaşma və qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan tərəfdən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və ABŞ tərəfdən Stilluater Şəhər Şurasının üzvü Emi Dzialovski imzalayıblar.