Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda XIV Nar festivalı keçirilir

09.11.2019 [16:31]

Xəbərin mətni

Göyçayda XIV Nar festivalı keçirilir. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının qatıldıqları möhtəşəm nar bayramında minlərlə insan iştirak edir.
Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib.