CƏMİYYƏT


Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib

Forumda Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə kənd təsərrüfatı şirkətlərinin və aqrar tədqiqat qurumlarının daxil olduğu geniş tərkibli nümayəndə heyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Birləşmiş Ştatların aparıcı kənd təsərrüfatı şirkətləri, beynəlxalq maliyyə institutları və müvafiq akademik dairələrin təmsilçiləri iştirak ediblər.
Forumun məqsədi ABŞ-ın iri kənd təsərrüfatı ştatlarından olan Oklahomanın aqrar sahədə fəaliyyət göstərən iş adamları ilə Azərbaycanın sahibkar və fermerləri arasında əməkdaşlıq yaratmaq, heyvandarlığın inkişafı, orta və iri fermer təsərrüfatlarının idarə olunması, məhsuldarlığın artırılması ilə bağlı aqrar sahədə tətbiq edilən yeni metodlarla tanışlıq, dənli və dənli-paxlalı bitkilərin müasir üsullarla becərilməsi məsələlərini müzakirə etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır