İQTİSADİYYAT


Külək, Günəş və bioqaz stansiyalarını birləşdirən dünyanın ilk hibrid elektrik stansiyasından REPORTAJ

38 hektar ərazidə inşa olunan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi külək, Günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu mərkəz Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə açılıb. Buradakı stansiyada külək, Günəş və bioqaz qurğusundan əldə olunan elektrik enerjisi istehsal edilir.
Stansiya hazırda 4,4 meqavat güclə fəaliyyət göstərir. Hibrid stansiyada 2,7 meqavat külək, 1,0 meqavat Günəş və 0,7 meqavat bioqaz komponentləri hesabına elektrik enerjisi istehsal olunur.