RƏSMİ


Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Sammitin açılış mərasimində iştirak edib

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitin açılış mərasimində iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söylədi.