Bu istilik mövsümündə 600-dək qazanxana istismar ediləcək
14.11.2019 [16:43]
Xəbərin mətni
Noyabrın 15-dən ölkədə istilik mövsümünün başlanmasına start verilir. Respublikanın dağ rayonlarında isə artıq noyabrın 1-dən istilik sistemi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.