İDMAN


Çin Futbol Assosiasiyası Marçello Lippinin istefasını qəbul edib

Çin Futbol Assosiasiyası italiyalı mütəxəssis Marçello Lippinin Çin millisinin baş məşqçisi vəzifəsindən istefasını qəbul edib.
AZƏRTAC Çin Futbol Assosiasiyasına istinadla xəbər verir ki, Marçello Lippi Çin millisinin 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində noyabrın 14-də Suriya yığmasına 2:1 hesabı ilə məğlub olmasından sonra istefa verib. Həmin oyundan sonra Çin millisi qrup lideri Suriyadan 5 xal geri olmaqla 7 xalla qrup ikincisidir. Çin komandasının dünya çempionatına vəsiqə qazanmaq şansı çox aşağıdır.