Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pambıq lifi və ipliyinin ixracı artıb

19.11.2019 [22:55]

On ayda Azərbaycandan 65 min 794 ton pambıq lifi və 10 min 309 ton pambıq ipliyi göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Yanvar-oktyabr aylarında ixrac edilən pambıq lifinin dəyəri 91 milyon 840 min, pambıq ipliyinin dəyəri isə 24 milyon 531 min ABŞ dolları olub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI