İQTİSADİYYAT


Vaşinqtonda “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə həsr olunan forum keçirilib

ABŞ-ın paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin (“Caspian Policy Center”) təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə həsr olunmuş forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Vaşinqtonun tanınmış məkanlarından biri – ABŞ Ticarət Palatasının binasında keçirilmiş yubiley tədbiri ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmilərini və biznes dairələrini bir araya toplayıb. Tədbirdə Azərbaycandan Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və başqaları iştirak ediblər.