Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib
23.11.2019 [20:30]
Xəbərin mətni
Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.