İDMAN


Eden Hazard bir neçə ay meydana çıxmayacaq

28 yaşlı belçikalı yarımmüdafiəçi Eden Hazard UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Paris Sen-Jermen” ilə matçda (2:2) zədələnib. Hazard görüşün 69-cu dəqiqəsində zədələnərək uelsli futbolçu Qaret Beyllə əvəzlənib. Komandanın baş məşqçisi Zinəddin Zidan oyundan sonra keçirilən mətbuat konfransında E.Hazardın zədəsinin ciddi olduğunu deyərək belçikalı yarımmüdafiəçinin bir neçə ay yaşıl meydanlardan uzaqda qalacağını bildirib.