Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində beşinci oyununu keçirəcək
28.11.2019 [12:50]
Noyabrın 28-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İspaniyanın “Sevilya” komandasının qonağı olacaq.
Matç Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimi olacaq.