Qusarda keçirilən festivalda azsaylı xalqların folklor kollektivləri çıxış ediblər
05.12.2019 [16:47]
Xəbərin mətni
Dekabrın 5-də Qusarda keçirilən festivalda şimal regionunda fəaliyyət göstərən müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçıları çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Mədəniyyət Sarayında təşkil edilən xalq yaradıcılığı nümunələrinin sərgisi və folklor kollektivlərinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.