İDMAN


Yeniyetmə idmançılar Azərbaycan gimnastika tarixində ilkə imza atıblar

Yeniyetmə idmançılarımız Maqsud Maqsudov və Hüseyn Abbasov Tokioda keçirilən Batut Gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupu Yarışlarında sinxron proqramda Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq II yeri tutublar.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə batut üzərinə çıxan idmançılarımız əvvəlcə təsnifat mərhələsində öz rəqiblərini üstələyərək ikinci nəticə göstəriblər. Bu nəticə ilə finala vəsiqə qazanan gimnastlarımız həmin mərhələdə də yüksək nəticə əldə ediblər. Yalnız Rusiya komandasından cüzi xal fərqi ilə geri qalan idmançılarımız finalda da ikinci nəticə göstəriblər.