CƏMİYYƏT


Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağac əkilib

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilir.
AZƏRTAC xəbər verir ki, ən kütləvi ağacəkmə aksiyalarından biri Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində həyata keçirilib. Burada ağacəkmə aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri iştirak edib.