MƏDƏNİYYƏT


İtaliyada “Nəsimi günləri” davam edir

İtaliyada keçirilən “Nəsimi günləri” çərçivəsində dekabrın 10-da Roma Sapienza Universitetində dahi mütəfəkkir Nəsiminin 650 illiyi qeyd olunub və italyan dilinə tərcümə edilmiş “Nəsimi poeziyası” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi, Beynəlxalq Roma Sapienza Universiteti və İtaliyanın “Sandro Teti” nəşriyyat evinin birgə təşkil etdiyi tədbirdə universitetin professor və müəllim heyəti, alimlər, azərbaycanlı və italyan tələbələr, diaspor nümayəndələri iştirak ediblər.