“Barselona”nın gənc hücumçusu UEFA Çempionlar Liqasında rekord müəyyənləşdirib
11.12.2019 [21:15]
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Ansu Fati UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda İtaliyanın “İnter” komandasını məğlub etdikləri (2:1) matçda rekord müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, afrikalı hücumçu görüşün 85-ci dəqiqəsində Karles Perezlə əvəzlənib. Cəmi bir dəqiqə sonra fərqlənən A.Fati 17 yaş 40 günlüyündə UEFA Çempionlar Liqası tarixində qol vuran ən gənc futbolçu olub.