MƏDƏNİYYƏT


Nəsiminin Ankarada keçirilən yubiley tədbirləri böyük maraqla qarşılanıb

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Ankarada geniş tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Ankaranın Keçiörən rayon bələdiyyəsinin birgə təşkil etdiyi tədbirdə rəsmi şəxslər, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən soydaşlarımız, o cümlədən nəsimisevərlər iştirak ediblər.