İDMAN


Boccia üzrə “Seni Cup” Azərbaycan çempionatı keçirilib

Dekabrın 13-də Bakı İdman Sarayında paralimpiyaçılar arasında boccia idman növü üzrə “Seni Cup” çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim boccia idmançılarının paradı ilə başlayıb.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və digərləri tədbirdə çıxış edərək turnirin iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıblar.