MƏDƏNİYYƏT


Azərbaycan rəqsləri Tokioda növbəti dəfə maraqla qarşılanıb

Tokioda “Sizin maraq dünyanız” təşkilatı tərəfindən təşkil edilən növbəti tədbirdə həmyerlimiz Dilarə Qazıyevanın ifa etdiyi Azərbaycan milli rəqsləri böyük maraq və alqışlarla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, keçmiş sovet dövrünün hərb tarixi üzrə mütəxəssisi olan Coiçiro Şinoharanın rəhbərlik etdiyi təşkilat tərəfindən Tokioda keçirilən bu tədbir zamanı keçmiş SSRİ tərkibində olmuş respublikaların mədəniyyət nümunələri, milli geyimlər, musiqi və rəqslər, II Dünya müharibəsi ilə əlaqədar hərbi əşyalar, müxtəlif suvenirlər, ərzaq məhsulları və içkilər yapon həvəskarlara təqdim olunub.