İDMAN


Fiziki məhdudiyyətli gəncləri yenidən “həyata qaytaran” idman növü – Boccia

Boccia idman növü 1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir. İdmanın bu növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər. Azərbaycanda boccia idman növünün inkişafına 5 il əvvəl başlanıb. 2018-ci ildə isə bu idman növü üzrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli federasiya yaradılıb. Ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr əldə ediblər.