İDMAN


50-dən çox idmançı Samur-Yalama Milli Parkında səmti müəyyən etmək üzrə yarışıb

Samur-Yalama Milli Parkının Xaçmaz rayonunda yerləşən meşə zolaqlarında səmti müəyyən etmə idman növü üzrə keçirilən yarışda 50-dən çox iştirakçı mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samur-Yalama Milli Parkı və Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış Milli Parkla tanışlıq, səmti müəyyən etmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, ekoturizmin, sağlam həyat tərzinin və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği məqsədi daşıyıb.