MƏDƏNİYYƏT


Rotterdamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliyi qeyd edilib

Hollandiyada Şarloys bələdiyyəsinin mədəniyyət mərkəzində Beniluks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən Rotterdam həftəsonu ana dili məktəbinin şagirdləri və yeni təsis olunmuş “Körpə fidanlar” uşaq musiqili teatr qrupunun birgə bayram şənliyi keçirilib. Şənliyə Haaqa və Rotterdam şəhərlərində yaşayan azərbaycanlı uşaqlar, eləcə də onların valideynləri qatılıb.