MƏDƏNİYYƏT


Salyan sakini tullantılardan maraqlı əl işləri hazırlayır

Salyan sakininin maraqlı hobbisi var. O, tikinti tullantılarından, yararsız materiallardan müxtəlif əşyalar hazırlayır. Bu istedadlı insan yaşadığı evin həyətində möhtəşəm kompozisiya da yaradıb.
AZƏRTAC xəbər verir ki, Salyan şəhərində yaşayan 75 yaşlı Adil Kazımov ixtisasca sürücüdür və 20 ilə yaxın bu işlə məşğul olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu peşə ilə vidalaşdıqdan sonra digər işlərə maraq göstərib.