“Omar” komandası çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin qalibi olub
24.12.2019 [17:22]
Xəbərin mətni
Dekabrın 24-də Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin final matçı və üçüncü yer uğrunda qarşılaşma keçirilib. Finalda “Buta Golden” komandasını məğlub edən “Omar” klubu kuboka sahib olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, ölkəmizin idman ictimaiyyətinin və media nümayəndələri final qarşılaşmasını izləyiblər.