İDMAN


Azərbaycan Respublikası Atçılıq Federasiyası 2019-cu ildə mühüm uğurlar qazanıb

Dekabrın 24-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) cari ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Mərasimdə müxtəlif nominasiyalar üzrə ilin ən yaxşı idmançıları, məşqçiləri, hakimləri və jurnalistləri mükafatlandırılıblar. İl ərzində federasiyanın fəaliyyətini, idmançılarımızın uğurlarını yüksək səviyyədə işıqlandırdığına görə AZƏRTAC-ın beş əməkdaşı təltif olunub.