RƏSMİ


“Azərenerji”nin yenidən qurulan “Müşfiq” və “Zabrat” yarımstansiyaları istifadəyə verilib
Prezident İlham Əliyev tədbirdə iştirak edib

Dekabrın 29-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyaları istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.