Haaqada Həmrəylik Gününə həsr edilmiş bayram tədbiri keçirilib
31.12.2019 [12:15]
Niderland Krallığının Haaqa şəhərində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil olunub.