Luis Suarez La Liqada dekabrın ən yaxşı futbolçusu seçilib
06.01.2020 [19:20]
İspaniyanın “Barselona” klubunun hücumçusu Luis Suarez La Liqada dekabrın ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı uruqvaylı hücumçu dekabrda iştirak etdiyi 5 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.