MƏDƏNİYYƏT


Prezident Kitabxanasında diasporla bağlı elektron kitabxana layihəsinin təqdimatı olub

Yanvarın 10-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan diasporu” elektron kitabxana layihəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak ediblər.