MƏDƏNİYYƏT


“Tütək səsi” filminin çəkildiyi Xuray kəndindən REPORTAJ

Üstündən 45 il ötsə də, Qusarın Xuray kəndinin sakinləri “Tütək səsi” filminin çəkilişlərini indiki kimi xatırlayırlar.
Milli kino incilərimizdən sayılan bu filmin əsas səhnələrinin çəkildiyi Xuray kəndi rayon mərkəzindən 16 kilometr məsafədə, Şahdağın ətəyində, Qusarçayın sahilində yerləşir. “Şahdağ” Turizm Mərkəzinə yolu düşənlər füsunkar təbiətə malik bu qədim kəndin yanından ötüb keçir.