MƏDƏNİYYƏT


Vyanada Çingiz Babayevin xalçalardan ibarət sərgisi açılıb

Yanvarın 15-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış rəssam və heykəltəraş Çingiz Babayevin xalçaçılıq əsərlərindən ibarət sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Çingiz Babayevin yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, istedadını bir sıra incəsənət istiqamətləri üzrə isbata yetirən Çingiz Babayev rəssam və heykəltəraş olmaqla yanaşı, xalça dizayneri, zərgər, mum fiqurları ustası kimi uğurlu əsərlərin müəllifidir.