MƏDƏNİYYƏT


Amiqurumi sənətinin sirləri yeniyetmələrə öyrədilir REPORTAJ

Rəngli iplərlə müxtəlif formada toxunan oyuncaqlar Amiqurumi adlanır. Vətəni Yaponiya olsa da, bu incəsənət sahəsinə ölkəmizdə də böyük maraq var.
AZƏRTAC xəbər verir ki, Şəmkir sakini Nigar Hacıyeva bu sənətə maraq göstərən gənclərdəndir. Kiçik yaşlarından iplə toxumağı öyrənən Nigar iki ildir Amiqurumi sənəti ilə məşğul olur.
Gənc toxucunun dediyinə görə, iplər pambıq olduğu üçün uşaqlar üçün zərərsizdir. Çirkləndikdə asan yuyulan bu oyuncaqlara tələbat da çoxdur.