MƏDƏNİYYƏT


Türkiyədə Nəsiminin 650, Həsən Seyidbəylinin 100 illiyi münasibətilə tədbir təşkil edilib

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə Ankara şəhərində təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, ölkəmizin Ankaradakı səfirliyi, eləcə də Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, Ankara ictimaiyyətinin görkəmli nümayəndələri, habelə QHT və KİV təmsilçiləri iştirak ediblər.