Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESKO-da multikulturalizmin Azərbaycan modelindən danışılıb

16.01.2020 [19:09]

Xəbərin mətni

Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi bu sözləri UNESKO-nun baş qərargahında “Cojep İnternational” tərəfindən təşkil edilmiş “Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün nəsə et!” adlı konfransda Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov səsləndirib.