CƏMİYYƏT


Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

Qanlı Yanvar hadisələrindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq paytaxt sakinləri, ictimaiyyət nümayəndələri və bölgələrdən gələn insanlar Şəhidlər xiyabanına axışır, bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad edirlər.