Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalanıb
22.01.2020 [00:35]
Xəbərin mətni
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Forumun 50 illik yubileyi münasibətilə tədbirin nüfuzlu qonaqları üçün çox məhdud sayda - cəmi 200 ədəd hazırlanan şokolad dəstinin birini dövlətimizin başçısına hədiyyə etdi.