RƏSMİ


"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, son vaxtlar Azərbaycanda aparılan islahatlardan məmnunluğunu bildirən Erik Rondolat, ilk növbədə, ölkəmizdə həyata keçirdikləri layihələr barədə dövlətimizin başçısına məlumat verdi.