Azərbaycan Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb
22.01.2020 [20:15]
Xəbərin mətni
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirildi, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edildi.