MƏDƏNİYYƏT


Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, görkəmli bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik yubileyi ərəfəsində yanvarın 22-də Moskvada “Dostlar məclisi” ("Вечер для друзей") adlı konsert olub.
AZƏRTAC xəbər verir ki, Moskva Myuzikl Teatrında baş tutan gecəni yubilyar ənənəvi olaraq “Bakı” mahnısı ilə açıb. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinləndiyi mahnıları səslənib.