MƏDƏNİYYƏT


Azərbaycan 40-cı Beynəlxalq “FITUR-2020” turizm sərgisində təmsil olunub

Madriddə 40-cı Beynəlxalq “FITUR-2020” turizm sərgisi açılıb. “FITUR” bütün dünyada turizm sektoru nümayəndələrinin görüşü üçün unikal məkan, kommersiya tipli müqavilə və sazişlər bağlamağa imkan verən gözəl biznes vasitəsidir. Keçən il bu sərgiyə 165 ölkədən 10487 şirkətin nümayəndələri cəlb edilmiş, onlar 886 eksponent nümayiş etdirmişdir.