MƏDƏNİYYƏT


Azərbaycan rəqqasları dünyanın ən çox izlənən TV şousunda çıxış ediblər

Azərbaycan rəqqasları Çində ay təqvimi ilə qeyd olunan yeni ilə - Yaz bayramına həsr olunan televiziya qala-konsertində çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəqs Ansamblının 21 nəfərlik heyəti tamaşaçı sayına görə dünyada ən böyük televiziya əyləncə şousu olan qala-konsertdə “Qaytağı” rəqsini ifa ediblər.
Qeyd edək ki, Çin Mərkəzi Televiziyası (CCTV) 1983-cü ildən bəri hər il yaz festivalının bayram axşamı ölkənin tanınmış incəsənət ustalarının və xaricdən dəvət olunan qonaqların iştirakı ilə qala- konsert proqramını təqdim edir. Ötənilki qala-konsertini televiziya və internet vasitəsilə 163 ölkədə 1 milyard 17 milyondan çox tamaşaçı izləyib.