Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əfsanəvi basketbolçu Kobe Brayant helikopter qəzasında ölüb
Qəzanın GÖRÜNTÜLƏRİ

27.01.2020 [02:28]

İki qat Olimpiya çempionu, Amerika Milli Basketbol Liqasının (NBA) beşqat çempionu Kobe Brayant ABŞ-da helikopter qəzasında ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.
Dünya basketbolunun əfsanələrindən olan 41 yaşlı Kobe Brayantın şəxsi helikopteri Los-Anceles yaxınlığında qəzaya uğrayıb.
İdmançının 13 yaşlı qızı da daxil olmaqla 9 nəfər həlak olub.